Türkiyə ZMA-ların ilk prototiplərinin təkmilləşdirilməsini tamamlayıb

ASELSAN və FNSS şirkətləri tərəfindən Türkiyə Quru Qoşunları Komandanlığı üçün həyata keçirilən layihə çərçivəsində ZMA-15 zirehli döyüş maşınının ilk prototipinin təkmilləşdirilməsi tamamlanıb.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir özünün sosial media hesabında yazıb.

İsmail Dəmir, ilk mərhələdə 133 ədəd ZMA-nın təkmilləşdiriləcəyini bildirib.

ZMA-ların təkmilləşdirilməsinə dair Müdafiə Sənayesi Komitəsi ilə ASELSAN arasında müqavilə 2019-cu il dekabr ayının 31-də imzalanıb.

Layihə çərçivəsində ZMA maşınları 25 mm çaplı topla silahlandırılmış, ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulu, lazer xəbərdarlıq sistemi, yaxın məsafəli müşahidə kompleksi, sürücü bölməsi üçün müasir görmə cihazları, istiqamət müəyyən etmə və naviqasiya sistemləri ilə təchiz olunur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş