Türkiyə ZMA zirehli maşınlarını müasirləşdirəcək

Türkiyə ZMA zirehli maşınlarını müasirləşdirəcək

Türkiyə Quru Qoşunlarının silahlanmasında yer alan ZMA zirehli transportyorları modernizə ediləcək.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı 31 dekabr 2019-cu il tarixində FNSS və ASELSAN şirkətləri arasında müqavilə imzalanıb.

Layihə çərçivəsində ZMA maşınları 25 mm çaplı topla silahlandırılmış, ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulu, lazer xəbərdarlıq sistemi, yaxın məsafəli müşahidə kompleksi, sürücü bölməsi üçün müasir görmə cihazları, istiqamət müəyyən etmə və naviqasiya sistemləri ilə təchiz olunacaq.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş