Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.

Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat idmətindən məlumat verilib.

Məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş