Türkiyəli mütəxəssislər Azərbaycan Ordusunun mühəndis bölmələrinə təlimlər keçir

Türkiyəli mütəxəssislər Azərbaycan Ordusunun mühəndis bölmələrinə təlimlər keçir

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri tərəfindən Azərbaycan Ordusunun hərbçilərinə təlimlər keçirilir.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.

“Ermənistan işğalından azad edilmiş bölgələrdə qardaş Azərbaycan ordusuna köməklik göstərmək məqsədilə ÖMAT Birliyi, o cümlədən METİ və PMKİ qruplarımız tərəfindən ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi üzrə təlimlər keçirilir”, – deyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilib.

KATEQORIYA:
Bu xəbəri paylaş