Türkiyənin ən böyük hərbi gəmisi “TCG Anadolu” 2021-ci ildə silahlanmaya veriləcək

Türkiyənin ən böyük hərbi gəmisi “TCG Anadolu” 2021-ci ildə silahlanmaya veriləcək

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən böyük hərbi gəmisi olacaq “TCG Anadolu”nun inşası davam edir.

“AzeriDefence”nin məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

Vitse-prezident Fuat Oktay bildirib ki, “TCG Anadolu” hərbi gəmisinin 2021-ci ildə inventara qəbul edilməsi planlaşdırılıb.

Gəminin inşası Müdafiə Sənayesi Komitəsinin (SSB) sifarişi ilə İstanbuldakı “Sədəf” gəmiqayırma müəssisəsində aparılır. “TCG Anadolu” döyüş gəmisinin uzunluğu 225, eni 32 metr olacaq. Gəminin ümumi çəkisinin isə 28 min ton olacaq. Gəminin özünün şəxsi heyəti 700 nəfərdən ibarət olacaq. Ümumilikdə isə “TCG Anadolu” 1400 nəfərdən ibarət hərbi bölməni daşımaq imkanına malikdir.

Bundan başqa gəmidə helikopterlərin, döyüş təyyarələrinin və digər hava vasitələrinin dislokasiyası, həmçinin eniş-qalxış prosesi də reallaşdırıla biləcək. Gəmi göyərtəsində 8 ədəd döyüş helikopterini daşıyacaq. “TCG Anadolu”nun Egey, Qara və Ağ dənizlərdə, lazım gələrsə Hind və Atlantik okeanlarında üzə bilməsi mümkün olacaq.

Gəmidə eyni zamanda 16 knot küləkdə yükləmə və boşaltma, 27 knot güclü küləkdə isə helikopter əməliyyatlarının yerinə yetirilməsini də həyata keçirmək mümkün olacaq. Gəminin özəlliklərindən biri də, burada şəxsi heyyət, helikopter və digər nəqliyyat vasitələrinin göyərtəyə çıxarılması üçün liftin olmasıdır.

Gəmidə hərbi hospitalın da yaradılması nəzərdə tutulub. Gemi 20-21 knot (37-39 kilometr/saatda) sürətə sahib olacaq. Bundan başqa gəminin göyərtəsində 4 ədəd əraziyə çıxarma (LCM), 2 ədəd hava yastıqlı çığarma (LCAC), 2 ədəd şəxsi heyyəti çıxarma (LCVP) nəqliyyat vasitələri, o cümlədən 13 tank, 27 ədəd müxtəlif tipli amfibia-zirehli nəqliyyat vasitəsi (AAV), 6 ədəd piyadanın döyüş maşını və 33 ədəd digər nəqliyyat vasitəsi daşına biləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş