Türkiyənin “Atmaca” raketləri bu ilin sonunda silahlanmaya veriləcək

Türkiyənin “Atmaca” raketləri bu ilin sonunda silahlanmaya veriləcək

Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan “Atmaca” gəmi əleyhinə raketlər 2020-ci ilin sonunda Silahlı Qüvvələrin invertarına daxil ediləcək.

Azeri Defence saytının “Millisavunma”ya istinadən verdiyi məlumata görə, bu barədə ROKETSAN Peyk Buraxma, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzi ilə Partlayıcı Xammal İstehsalat Birliyinin açılış mərasimində bildirilib.

“Atmaca”nın Türkiyə Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan Amerikanın “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb. Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin atış uzaqlığı 200+ km, çəkisi 800 kq-dır.

Atmaca” gəmi əleyhinə raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş