Türkiyənin Azərbaycana silah ixracı artıb

Türkiyənin Azərbaycana silah ixracı artıb

Türkiyə müdafiə sənayesi şirkətlərinin ötən ilin ilk dörd ayı ilə müqayisədə 2021-ci ili eyni dövründə Azərbaycana ixracatı artıb.

“Poliqon”un məlumatına görə, 2020-ci ilin mart ayında Türkiyə müdafiə sənayesi şirkətləri Azərbaycana 258 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

2021-ci ilin eyni ayında isə bu rəqəm artaraq 41 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin aprelində Türkiyə Azərbaycana 172 min ABŞ dolları dəyərində hərbi təyinatlı məhsullların ixracanı həyata keçirib. 2021-ci ilin aprelində bu rəqəm artım göstərərək 35 milyon ABŞ dollarına yüksəlib.

Ümumilikdə 2020-ci ilin ilk dörd ayı ilə 2021-ci ilin eyni dövrünü müqayisə edəndə ciddi artım müşahidə olunur.

Belə ki, ötən ilin ilk dörd ayında 8.7 milyon ABŞ dolları, cari ildə isə 117.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş