Türkiyənin Azərbaycana silah ixracı artıb

Türkiyənin Azərbaycana silah ixracı artıb

Dağlıq Qarabağda tarixi bir zəfər əldə edən Azərbaycan bu il yanvar-noyabr ayları ərzində Türkiyədən 256 milyon ABŞ dolları dəyərində silah idxal edib.

Bu barədə “Azeri Defence” “Ekoayrıntı” nəşrinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, 44 günlük müharibə zamanı Azərbaycan Ermənistanın təxminən 3,5 milyard ABŞ dolları dəyərində silah və texnikasını məhv edib. Ermənistan Ordusu onlarla hava hücumundan müdafiə sistemini, yüzlərlə tankı və zirehli texnikanı itirib.

“Azərbaycanın Türkiyədən silah idxalı son 11 ayda yüzdə 600 artdı. Türkiyədən 256 milyon dollar dəyərində silah və hərbi texnika idxal edən Azərbaycan Dağlıq Qarabağın işğaldan azad edilməsində bu silah və sursatlardan aktiv istifadə edib.

Rusiyadan alınan hava hücumundan müdafiə sistemləri, zirehli texnika və tankları məhv edilən Ermənistan tarixində ən ağır məğlubiyyətə uğradı.

Azərbaycanın aktiv şəkildə istifadə etdiyi Türkiyə müdafiə sənayesi məhsulları eyni zamanda dünyanın da diqqətini çəkdi. Dağlıq Qarabağdakı müharibədən sonra bir çox ölkə, yerli və milli imkanlarla istehsal olunan məhsulları satın almaq üçün Türkiyənin qapısını döydü”, – deyə məlumatda bildirilib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş