Türkiyənin F-515 “İstanbul” freqatı dənizə endirilib

Türkiyənin F-515 “İstanbul” freqatı dənizə endirilib

Türkiyənin MİLGEM layihəsi çərçivəsində inşa edilən ilk F-515 “İstanbul” sinifli freqatı İstanbulda təşkil edilən mərasimdə dənizə endirilib.

Bu barədə “Poliqon” Türkiyə Müdafiə Sanayesi Komitəsinin (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə bildirilib ki, MİLGEM “Ada” sınıfı korvetlərinin ikinci mərhələsinin davamı olan I sınıf freqat layihəsinə rəsmi olaraq, SSB və STM tərəfindən 2019-cu ilin aprel ayında müqavilələrin imzalanması ilə başlanıb.

F-515 hərbi gəminin uzunluğu 113 metr, eni 14,4 metr olduğu bildirilir. Layihə çərçivəsində 220 fərqli şirkət 150-dən çox sistem üzərində işləyir.

2022-ci ilin mayında gəminin sınaqları başlayacaq. 2023-cü ildə F-515-in Türkiyənin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş