Türkiyənin “Hisar-A” zenit-raket kompleksi təkmilləşdirilir

Türkiyənin “Hisar-A” zenit-raket kompleksi təkmilləşdirilir

Türkiyənin “Hisar-A” aşağı yüksəklikli hava hücumundan müdafiə sistemi təkmilləşdirilir.

Azeri Defence saytının məlumatına görə, bunu KİV-ə açıqlamasında Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sədri İsmail Dəmir deyib.

SSB sədri bildirib ki, “Hisar-A” zenit-raket kompleksi seriyalı istehsal mərhələsində olarkən atış uzaqlığı və atış hündürlüyündə dəyişiklik edərək sistemin daha da təkmilləşdirilməsinə qərar verilib.

“ROKETSAN-dakı dostlarımız bu mövzuda çalışdılar. Mövcud “Hisar-A” ZRK-ni “Hisar-A+” adlandırdığımız yeni bir məhsula çevirdik”, – deyə SSB sədri İsmail Dəmir vurğulayıb.

İsmail Dəmir bildirib ki, bundan sonra “Hisar-A” ZRK “Hisar-A+” adı ilə seriyalı istehsal olunacaq.

Qeyd edək ki, “Hisar-A” layihəsində Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən çox sayda firma yer alır. Türkiyənin milli imkanlar hesabına hazırladığı “Hisar-A” zenit-raket kompleksinin radar, komanda kontrol və atış kontrol sistemləri ASELSAN, raket sistemləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş