Türkiyənin ilk insansız silahlı katerinin sınaqları başladı – VİDEO

Türkiyənin ilk insansız silahlı katerinin sınaqları başladı – VİDEO

Türkiyənin “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin birgə hazırladığı insansız silahlı katerin dəniz sınaqları başlayıb.

Bu barədə “Poliqon”a “Meteksan Savunma” şirkətindən məlumat verilib.

“Ulaq” adlanan Türkiyənin ilk insansız silahlı kateri (Silahlı İnsansız Deniz Aracı -SİDA) 400 kilometr üzmə uzaqlığına, 65 km/saat maksimum sürətə, gündüz və gecə görmə qabiliyyətinə, milli şifrələnmiş rabitəyə sahibdir.

Müasir kompozit materiallardan inşa edilən “Ulaq” kateri maşınlar üzərində yerləşdirilmiş komanda-nəzarət mərkəzindən, qərargahlardan və ya gəmilərdən idarə oluna biləcək.

“Ulaq” ROKETSAN şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılıb. Katerin silahlardan atış sınaqlarının 2021-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Ulaq” seriyası üzrə müxtəlif təyinatlı katerlərin yaradılması planlaşdırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş