Türkiyənin ilk milli mühərrikinin çatdırılması və Dizayn Mərkəzinin açılış mərasimi keçirilib

Türkiyənin ilk milli mühərrikinin çatdırılması və Dizayn Mərkəzinin açılış mərasimi keçirilib

Türkiyənin TUSAŞ şirkətinə daxil olan TEI tərəfindən istehsal edilən ilk milli helikopter mühərriki TS1400-ün çatdırılması və Dizayn Mərkəzinin açılış mərasimi keçirilib.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özününü rəsmi sosial media hesabında bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TEI – TUSAŞ-da ilk milli helikopter mühərrikimiz TS1400-ün çatdırılma və Dizayn Mərkəzinin açılış mərasimi keçirildi. Ölkəmizə və millətimizə xeyirli olmasını diləyirəm”, – deyə İsmail Dəmir deyib.

Mərasimdə Türkiyənin ilk milli helikopter mühərriki TEI-TS1400 sınaqdan keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş