Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!

Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!

Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün Tovuz rayonu istiqamətində törədilmiş növbəti təxribatla bağlı bəyanat yayıb.

Azeri Defence saytının məlumatına görə, Milli Müdafiə Nazirliyinin sosial media hesabında yerləşdirilmiş bəyanatda bildirilir: “Dağlıq Qarabağı işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycanlı əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik. Ermənistan odla oynamağı dərhal dayandımalıdır!”

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş