Türkiyənin “Miniatür Bomba”sının atış sınaqları keçirilib

Türkiyənin “Miniatür Bomba”sının atış sınaqları keçirilib

Türkiyənin ASELSAN şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan “Miniatür Bomba”nın atış sınaqları keçirilib.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında deyib.

SSB sədri bildirib ki, bir F-16 döyüş təyyarəsinin qanadında 4 ədəd “Miniatür Bomba” daşına biləcək.

“İki fərqli döyüş başlığı daşıya bilən 145 kq çəkisi olan “Miniatür Bomba”nı pilotsuz uçuş aparatlarına da inteqrasiya etməyi planlaşdırırıq”, – deyə SSB sədri İsmail Dəmir vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş