Türkiyənin MPT-76 avtomatı təkmilləşdirilib

Türkiyənin MPT-76 avtomatı təkmilləşdirilib

Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) tərəfindən istehsal edilən MPT-76 avtomatının çəkisi azaldılıb.

Bu barədə “Azeri Defence” “CNN Türk”ə istinadən məlumat verib.

Təkmilləşdirilən MPT-76 avtomatının çəkisi 500 qram azaldılaraq 3750 qram təşkil edib. Bundan əlavə, avtomat 5 mərhələli həssas tənzimlənən qundaq ilə təchiz edilib. Qısa gedişli qaz piston sistemi avtomata asan təmizlənmə-qulluq imkanları qazandırıb.

7.62×51 mm çaplı MPT-76-nın uzunluğu açıq halda 1000 mm, bağlı vəziyyətində 900 mm, lüləsinin uzunluğu isə 406.4 mm təşkil edir. Avtomatın atış tempi dəqiqədə 700 patron, darağının tutumu 20 patron və effektiv atış məsafəsi 600 metr, güllənin sürəti isə saniyədə 800 metrdir.

Silahın yığılıb açılan ayağı eyni zamanda əl dəstəyi vəzifəsini icra edir. MPT-76 aksesuarları ilə birlikdə 413 hissədən ibarətdir. MPT-76-nın üzərindəki pikatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. cihazlar əlavə etməyə imkan verir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş