Türkiyənin Müdafiə Naziri: Azərbaycan Ordusu öz qətiyyətini dünyaya göstərdi

Türkiyənin Müdafiə Naziri: Azərbaycan Ordusu öz qətiyyətini dünyaya göstərdi

Azərbaycanın qazandığı uğurlar qarşısında Ermənistan hər zaman olduğu kimi qara propoqandaya başlayıb və Türkiyəyə aid döyüş təyyarələrinin bu döyüşlərdə istifadəsinə dair əsassız iddialarla çıxış edir. Bunlar Ermənistanın qarşısında Türkiyənin olması fikrini yaradaraq dəstək alma məqsədi daşıyır.

Azeri Defence saytının məlumatına görə, bunu ASPİLSAN Enerji şirkətinin yeni zavodunun təməlqoyma mərasimindəki çıxışında Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri özü müstəqil şəkildə döyüşləri apara biləcək imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edə biləcək əzmə və qətiyyətə malik olduğunu keçdiyimiz günlərdə bütün dünyaya göstərdi.

Nazir bildirib ki, Ermənistan BMT qərarları da daxil olmaqla beynəlxalq hüququ tapdalayaraq işğalı davam etdirir. ““Mənə toxunmayan ilan min yaşasın” anlayışı ilə bu zülmü bəzi ölkələr normal görsələr də bizlər üçün qəbul edilməsi mümkün deyildir. Zülümlə mübarizəmizi indiyədək olduğu kimi sabah da davam etdirəcəyik. BMT, ATƏT və problemi həll etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu kimi mexanizmlər sözdə fəaliyyətlərinə rəğmən bu günə qədər Azərbaycan torpaqlarındakı erməni işğalına son qoyulmasında heç bir nəticəli addım atmayıb. Müzakirələr mövcud vəziyyətin, yəni işğalın normallaşdırılmasını, qəbul etdirilməsinə hesablanmış bir prosesə çevrilib”.

Hulusi Akar Ermənistanın provokasiyalarının sayının son dönəmlər daha da artdığına diqqət çəkib. Nazir bildirib ki, Ermənistan Ordusunun sentyabrın 27-də mülki insanları, yaşayış məntəqələrinə atəş açması bu vəziyyəti daha da gərginləşdirib.

“Vəziyyət belə olduğu halda illərdir Azərbaycanın Qarabağ məsələsində haqlı mübarizəsinə bir həll təqdim etməyənlərin Azərbaycanın haqqını müdafiə etməsiylə birlikdə atəşkəs çağırışı etmələri səmimi olmadığı kimi inandırıcı da deyildir. 30 ildir dialoq, siyasi həll deyənlər bu günə qədər nə etdilər? Azərbaycanın öz torpaqlarını istəməsi, xalqın evinə, torpaqlarına dönməsi üçün mübarizə aparması cinayətdirmi?”

Nazir bəyan edib ki, Türkiyə bundan sonra da “iki dövlət, tək millət” anlayışı ilə sonuna qədər Azərbaycanın yanında olacaq, Azərbaycanın haqlı mübarizəsini, öz torpaqlarını azad etməsində dəstəyə dava edəcək: “Azərbaycan türkünün haqlı davasında, öz torpaqlarını geri alma mübarizəsində sonuna qədər yanında olmağa davam edəcəyik. Bundan kimsənin şübhəsi olmasın”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş