Türkiyənin Müdafiə naziri Liviyaya səfər edib

Türkiyənin Müdafiə naziri Liviyaya səfər edib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Liviyaya səfər edib.

Bu barədə “Azeri Defence” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Səfər çərçivəsində Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Liviya Ali Dövlət Şurasının başçısı Halid El Meşri, Müdafiə naziri Səlahəddin Nemruş və Daxili İşlər naziri Fəthi Başağa, eləcə də Türkiyənin bu ölkədəki hərbi qulluqçuları ilə görüşlər keçirib.

Nümayəndə heyətinin tərkibinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və müxtəlif qoşun növləri komandanları daxildirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş