Türkiyənin Müdafiə naziri və Silahlı Qüvvələrin komandanlığı TUSAŞ şirkətini ziyarət ediblər

Türkiyənin Müdafiə naziri və Silahlı Qüvvələrin komandanlığı TUSAŞ şirkətini ziyarət ediblər

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar başda olmaqla Baş qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal, Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz və Milli Müdafiə nazirinin müavinləri TUSAŞ şirkətini ziyarət ediblər.

Bu barədə “Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

TUSAŞ şirkətinin baş direktoru Temel Kotil qonaqlara TUSAŞ-ın həyata keçirdiyi layihələrin hazırkı durumu haqqında məlumat verib.

Milli Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Komandanları TUSAŞ-a səfəri zamanı milli döyüş təyyarəsinin mühəndis binasını da ziyarət ediblər və görülən işləri yerində araşdırıblar.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş