
Türkiyənin müdafiə sənayesi sektorunun dövriyyəsi ötən il 11 milyard dollar olub
Türkiyənin müdafiə sənayesi sektorunun dövriyyəsi 2019-cu ildə təxminən 11 milyard ABŞ dolları təşkil edib.
“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay TBMM-də 2021-ci ilin müdafiə xərclərindən danışarkən deyib.
Fuat Oktay bildirib ki, ötən il Türkiyə ixrac etdiyi müdafiə sənayesi məhsullarından 3 miyard ABŞ dolları əldə edib. Onun sözlərinə görə, müdafiə sənayesi sektorunda 700-dən artıq layihə həyata keçirilir.
KATEQORIYA: Xəbərlər