Türkiyənin müdafiə sənayesi sektorunun ixracat rəqəmləri açıqlanıb

Türkiyənin müdafiə sənayesi sektorunun ixracat rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2021-ci ilin aprelində ixrac etdiyi məhsullarının nəticələrini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin aprel ayında 302 milyon 548 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ümumi olaraq sektor tərəfindən 2021-ci ilin ilk 4 ayı ərzində 950 milyon ABŞ dollarına yaxın ixrac həyata keçirilib:

  • Yanvarda 166 milyon 997 min;
  • Fevralda 233 milyon 225 min;
  • Martda 247 milyon 97 min;
  • Apreldə 302 milyon 548 min ABŞ dolları.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin aprelində həm məhsulların ixrac edildiyi ölkələrin sayı, həm də ixrac dəyəri artıb. Belə ki, 2020-ci ilin aprelində 88 ölkəyə məhsul ixrac edildiyi halda cari ilin aprelində bu rəqəm 112-ə qalğıb. İxrac dəyəri isə 88% artaraq 160 milyon ABŞ dollarından 302 milyon ABŞ dollarına yüksəlib.

Məlumata əsasən, ötən ilin aprelində Türkiyə müdafiə sənayesi şirkətləri Azərbaycana 172 min ABŞ dolları dəyərində məhsul ixrac edib. 2021-ci ilin aprelində isə bu rəqəm artaraq 35.3 milyon ABŞ dolları olub.

Qeyd edək ki, ixracat həcminə görə Azərbaycanın tamamladığı ilk üçlükdə 1-ci yerdə 105.8 milyon dollar ilə ABŞ, 2-ci pillədə isə 56.7 milyon ABŞ dolları ilə Banqladeş dayanır.

Onu da qeyd edək ki, TİM-in açıqladığı nəticələrə görə, Türkiyə müdafiə sənayesi şirkətləri 2021-ci ilin aprelində Rusiyaya 10.6 milyon ABŞ dolları dəyərində ixracat reallaşdırıb.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş