Türkiyənin ROKETSAN şirkəti yeni ZRK-nin atış sınağını keçirib

Türkiyənin ROKETSAN şirkəti yeni ZRK-nin atış sınağını keçirib

Türkiyənin ROKETSAN şirkəti tərəfindən yaradılmış “Sunqur” zenit-raket kompleksinin atış sınağı keçirilib.

“AzeriDefence” saytının məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir özünün sosial media hesabında məlumat verib.

“Komitəmizin rəhbərliyi altında, ROKETSAN-ın yerli müdafiə sənayesi tərəfdaşları ilə birlikdə hazırladığı, “Sunqur” uğurlu atış sınaqlarından sonra inventara daxil olmağa hazırdır!”, – deyə Dəmir bildirib.

Komitə sədri bildirib ki, yüksək effektivliyə və manevr qabiliyyətinə, yüksək dəqiqliyə və maneələrə qarşı qoruma xüsusiyyətlərinə sahib raket titan döyüş başlığına, hədəfin uzaq məsafədən görünməsini təmin edən nişangahla dəstləşdirilib. Portativ xüsusiyyətləri “Sunqur”un yer, hava və dəniz platformalarına inteqrasiya edilməsinə imkan verəcək.

Nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış “Sunqur” gecə və gündüz saatlarında hədəflərin aşkarlanması, ayırd edilməsi, izlənməsi və 360 dərəcə üfiqi müstəvidə atış qabiliyyətinə sahibdir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş