Türkiyənin STM şirkəti Azərbaycana yönələn kiber təhdid aşkarlayıb

Türkiyənin STM şirkəti Azərbaycana yönələn kiber təhdid aşkarlayıb

Türkiyənin STM şirkəti tərəfindən Azərbaycana yönəlmiş kiber hücumlar aşkarlanıb.

“Azeri Defence”nin məlumatına görə, bu barədə STM şirkətinin iyul-sentyabr dövrünə aid kiber təhdidlərə dair məruzəsində bildirilib.

Məruzədə qeyd olunub ki, araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını, özəl sektor və dövlət qurumlarını hədəfə alan “PoetRAT” adlı zərərli proqramın 2020-ci ilin əvvəllərindən etibarən aktiv olduğu təsbit edilib.

Zərərli proqramın COVID-19 ilə əlaqədar məlumatların yer aldığı “Microsoft Word” sənədləri üzərindən yayıldığı görülüb.

“PoetRAT” daxil olduğu sistemin üzərində uzaqdan idarə edilir. Xaricə informasiyaları ötürmək və eyni şəkildə ələ keçirilən sistemə dosyaları endirmək üçün FTP xidmətindən istifadə edildiyi aşkarlanıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş