Türkiyənin Suriyada istifadə etdiyi milli silahları – FOTOLAR

Türkiyənin Suriyada istifadə etdiyi milli silahları – FOTOLAR

Türkiyə Silahlı Qüvvələri fevralın sonlarında Suriyanın şimalında başladığı “Bahar qalxanı” əməliyyatında yerli müdafiə sənaye şirkətlərinin istehsalı olan silah və texnikalardan uğurla istifadə etdi.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı xəbərlər, video və fotolarda bir sıra yerli silahlar, pilotsuz uçuş aparatları və hərbi texnikaların istifadəsini görürük.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən “Bahar qalxanı” əməliyyatınadək, Suriyanın və İraqın şimalında həyata keçirilən ayrı-ayrı əməliyyatlarda da yerli istehsal olan silahlar sınaqdan çıxarılıb. Sonrakı mərhələdə, ordunun təcrübəsi əsasında həmin texnikaların və silahların təkmilləşdirilməsi işləri aparılıb.

“Bahar qalxanı” əməliyyatında Türkiyə hərbi sənayesinin istehsalı olan pilotsuz uçuş aparatları, idarəolunan kiçik ölçülü raketlər, yeni idarə olunan uzaq məsafəli raketlər diqqət çəkib.

“AzeriDefence” yuxarıda qeyd olunan mənbələrdən və istehsalçı şirkətlərdən götürülən məlumatlar əsasında Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatları zamanı istifadə etdiyi silahları təqdim edir.

 “Bayraktar TB2” PUA

“Baykar Makina” şirkətinin istehsalı etdiyi “Bayraktar TB2” taktik pilotsuz uçuş aparatları (PUA) Türkiyə Silahlı Qüvvələri tərəfindən düşmənin zirehli texnika və canlı qüvvəllərinin məhv edilməsində istifadə edilib. 24 saata qədər havada qalma müddəti olan “Bayraktar TB2” PUA-ların döyüş radiusu 150 kilometrə qədərdir. TB2 kəşfiyyat və zərbələrin endirilməsində istifadə olunur. PUA-nın silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan MAM-L və MAM-C idarə olunan mini ölçülü döyüş sursatları daxildir.

“Bahar qalxanı” əməliyyatında 2 ədəd TB2 PUA Suriyanın HHM sistemi tərəfindən vurulub. Qeyd edək ki, TB2 bundan əvvəl də Suriya ərazisində “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatlarında istifadə edilib. Əvvəlki əməliyyatlarda bir ədəd TB2 vurulub.

“Anka-S” PUA

TUSAŞ şirkəti tərəfindən istehsal edilmiş “Anka-S” pilotsuz uçuş aparatları Türkiyə ordusunun ən müsir PUA-larındandır. Peyk üzərindən idarə edilən “Anka-S”dən əməliyyat zamanı həm görüntü və siqnal kəşfiyyatı, həm havadan radioelektron mübarizə, həm də düşmənə zərbələrin endirilməsində istifadə olunub.

24 saatdan çoxhavada qala bilən “Anka-S” PUA-ları yerli istehsal olan mühərrik, proqram təminatı, ASELSAN şirkətinin istehsalı olan CATS faydalı yükü, IFF və SATCOM rabitə sisteminə sahibdir. “Bahar qalxanı” əməliyyatında bir ədəd “Anka-S” fevralın 25-də Suriya HHM sistemi, bir ədəd “Anka-S” isə müxalif qüvvələr tərəfindən yanlışlıqla vurulub.

“Alpagu-2” və “Karğu-2” kamikadze dronlar

STM şirkəti tərəfindən istehsal edilmiş ” tərəfindən hazırlanıb inkişaf etdirilən “Alpagu-2” və “Karğu-2” kamikadze dronlar tək və sürü hücumlarda istifadə edilib və uğurlu nəticələrin əldə olunduğu bildirilir. Avtonom uçuş, dəqiq zərbə endirmə funksiyasına malik olan bu dronlar süni intellektə, üz və obyekt tanıma kimi müasir alqoritmlərə sahibdir.

MAM-L və MAM-C idarəolunan raketlər

ROKETSAN şirkətini istehsalı olan MAM-L idarəolunan raketlər kiçik ölçülü PUA-lar və hərbi təyyarələrin silahlanması üçün istifadə olunur. Uzunluğu 1 metr, çəkisi 22 kq, diametri 160 millimetr olan MAM-L raketləri 8 km məsafədə yerləşən sabit və hərəkətli hədəflərə qarşı yüksək dərəcəli vuruş imkanı təqdim edir. Raket “Anka-B”, “Anka-S” və “Bayraktar TB2” PUA-ların silahlanmasına daxildir. daşıması ilə sınaqdan keçirilib. “Bahar qalxanı” əməliyyatında MAM-L raketləri hesabına çox sayda zirehli və qorunan hədəflər məhv edilib. Onların arasında düşmənin HHM sistemi də olub.

ROKETSAN şirkətinin tərəfindən istehsal edilmiş MAM-C idarəolunan raket şirkətin “Cirit” lazer başlıqlı raketinin uzunluğu qısaldılmış versiyasıdır və PUA-ların silahlandırılması üçün nəzərdə tutulur. Yüngül hücum təyyarələri və PUA-lar üçün nəzərdə tutulan bu raketlərin ağırlığı 6.5 kiloqram, uçuş məsafəsi isə 8 kilometrdir. MAM-C raketləri təkcə “Bahar qalxanı” əməliyyatlında deyil, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatlarında da tətbiq olunub.

Yönləndirmə dəstləri

Türkiyə Hərbi Hava Qüvvələri Suriya Ordusuna aid hədəflərin vurulmasında yerli şirkətlərin istehsalı olan “Təbər” (ROKETSAN) LGK, HGK. KGK (ASELSAN) kimi yönləndirmə dəstləri ilə təchiz olunaraq, dəqiqliyi və uçuş məsafəsi artırılmış aviasiya bombalarından geniş istifadə edib.

 “Koral” və MİLKAR-3A3 radioelektron mübarizə sistemi

ASELSAN şirkəti tərəfindən istehsal edilmiş “Koral” radioelektron sistemləri düşmənin radioelektron mübarizə sistemləri və radarları ilə mübarizə aparmaq üçün nəzərdə tutulur.

MİLKAR-3A3 radioelektron mübarizə sistemi fərqli platformalardan V/UHF dalğa diapazonlarından rabitə kanallarına maneələrin qoyulması üçün hazırlanıb. ASELSAN-ın açıqladığı məlumata görə, 2019-cu ilin avqust ayında Türkiyə Quru Qoşunlarına 11 ədəd MİLKAR-3A3 sistemi təhvil verilib.

TRG-300 və TRG-122 raketləri

ROKETSAN şirkəti tərəfindən istehsal edilən TRG-300 idarə olunan raketlər yüksək dəqiqliyə və 120 km atış uzaqlığına sahibdir. 300 mm çaplı, GPS və INS naviqasiya yönləndirməli TRG-300 idarə olunan raketinin Blok-I və döyüş başlığının dinamik təsiri artırılmış Blok-II (GPS+QLONASS dəstəkli INS naviqasiyaya sahib) versiyaları mövcuddur. TRG-300 uzaq məsafədə rəqibin möhkəmləndirilmiş obyektlərini yüksək dəqiqliklə məhv etməyə hesablanıb.

Ağırlığı 585 kq təşkil edən TRG-300 Blok-I raketinin atış uzaqlığı 30-120 km, ağırlığı 670 kq təşkil edən Blok-II raketinin atış məsafəsi isə 20-90 km təşkil edir. Qatı kompozit yanacaqla çalışan TRG-300 Blok-I variantı 105 kq, Blok-II variantı isə 190 kq ağırlığında fuqas və qəlpəli-fuqas döyüş başlıqları ilə təchiz olunub raketlərin məhvetmə radiusu müvafiq olaraq ≥70 m (Blok-I) və ≥80 m (Blok-II), dəqiqliyi ≤10 metr olaraq göstərilir.

İdarə olunan TRG-122 raketinin çəkisi 76 kq, döyüş başlığının ağırlığı 16 kq, atış uzaqlığı 16-35 km təşkil edir.

Zirehli maşınlar

Döyüş bölgəsində Türk Ordussu tərəfindən istifadə olunan yerli hərbi texnikalar da diqqəti cəlb edib. Bu texnikalar arasında ilk dəfə olaraq “Otokar” şirkəti tərəfindən istehsal edilən 8×8 “Arma”, BMC şirkətinin istehsalı olan “Vuran” və “Amazon”, FNSS şirkətinin istehsalı olan özüyeriyən tank əleyhinə kompleks, “Best Qrup” şirkətinin istehsalı olan “Tosun BG” və “Katmercilər” şirkətinin istehsalı olan zirehli buldozer və ekskavatorlar görüntülənib. Bundan başqa, Türkiyə Quru Qoşunları fevralın 27-də Suriya və Rusiya aviasiyası tərəfindən bombardmana məruz qalandan sonra əraziyə “Zıpkın” özüyeriyən ZRK və “Qorqud” zenit-top kompleksləri göndərib.

Atıcı silahlar

Döyüş əməliyyatları zonasından yayımlanan foto və videolardan aydın olduğu qədər ərazidəki Türkiyə Quru Qoşunlarının şəxsi heyəti yerli istehsal olan 7.62 mm çaplı MPT-76 və 5.56 mm çaplı MPT-55 piyada tüfənglərindən, 7.62 mm çaplı KNT-76 yarı-avtomat snayper tüfəngi, TBA 6R1 barabanlı qumbaraatan, MKE şirkətinin istehsalı olan yeni 12.7 mm çaplı zenit pulemyotundan, MKE HAR-66 qumbaraatanından, “ATA Arms” şirkətinin istehsalı olan BA-40 universal qumbaraatandan istifadə edilib.

 

Nazim Hacıyev

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş