Türkiyənin təhlükəsizlik qüvvələrinə “Kargu-2” kamikadze dronu tədarük edilib

Türkiyənin təhlükəsizlik qüvvələrinə “Kargu-2” kamikadze dronu tədarük edilib

Türkiyənin Müdafiə Sənayesi Komitəsi ilə STM şirkəti arasında imzalanmış müqavilə çərçivəsində təhlükəsizlik qüvvələrinə “Kargu-2” kamikadze dronlarının ilk partiyası təhvil verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosial media hesabında bildirib.

Müqavilə çərçivəsində təhlükəsizlik qüvvələrinə uçuş müddəti, uçuş tavanı və avtonomluğu artırılmış, səs səviyyəsi azaldılmış, müasir hədəf aşkarlama və izləmə alqoritminə sahib 356 ədəd “Kargu-2” kamikadze dronun tədarükü planlaşdırılır.

“Kargu-2” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş