Türkiyənin TCG “Üfüq” hərbi gəmisinin dəniz sınaqları keçirilir

Türkiyənin TCG “Üfüq” hərbi gəmisinin dəniz sınaqları keçirilir

Türkiyənin test və təlim gəmisi (TVEG) layihəsi çərçivəsində inşa edilən TCG “Üfüq” (A 591) gəmisi dəniz testlərinə başlayıb.

“AzeriDefence”nin “C4 Defence”ə istinadən verdiyi məlumata görə, ADA sinifli korvetlərlə bənzər gövdə quruluşuna sahib platformanın gəmi və missiya sistemləri ASELSAN şirkəti tərəfindən hazırlanıb.

STM şirkətinin baş podratçılığı ilə İstanbul tərsanəsində inşa edilən TCG “Üfüq” gəmisinin uzunluğu 99,5 metrdir. 2400 ton su basımı olan gəmiyə İŞBİR şirkəti tərəfindn istehsal edilən 4 ədəd 750 kVA gücündə generator quraşdırılıb.

Çətin iqlim və dəniz şərtlərində xidmət göstərmək imkanına malik olan gəmidə helikopterlərin eniş-qalxış imkanı mövcuddur. TCG “Üfüq” hərbi gəmisi 45 gün açıq dənizdə əlaqəsiz xidmət göstərə bilir.

TCG “Üfüq” gəmisi dəniz sınaqlarını tamamladıqdan sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına veriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş