Türkiyənin Vitse-prezidenti: Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər

Türkiyənin Vitse-prezidenti: Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər

Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

Vitse-prezident bildirib ki, Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya nümayiş etdirdi.

“30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq.

Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər. Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq”.

KATEQORIYA:
Bu xəbəri paylaş