Türkiyə hərbçiləri Rusiya ilə qurulacaq Birgə Mərkəzin icra edəcəyi bütün fəaliyyətlərdə xidmət göstərəcək

Türkiyə hərbçiləri Rusiya ilə qurulacaq Birgə Mərkəzin icra edəcəyi bütün fəaliyyətlərdə xidmət göstərəcək

Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəs müqaviləsinin icrasına nəzarət etmək və Azərbaycan torpaqlarında Rusiya ilə Birgə Mərkəzin yaradılması üçün hazırlanan qanun layihəsi noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

“Azeri Defence”nin Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu çərçivədə Türkiyə hərbçiləri Rusiya ilə qurulacaq Birgə Mərkəzdə və bu Mərkəzin icra edəcəyi bütün fəaliyyətlərdə bir il ərzində xidmət göstərəcəkdir.

Sözügedən Mərkəzin yaradılması və vəzifə prinsipləri ilə bağlı texniki detallar istiqamətində müzakirələr davam edir.

“Bölgəyə göndəriləcək qoşunlarımızın hazırlıqları tamamlanıb. Kədərdə və sevincdə bir və bərabər olduğumuz can qardaşlarımız Azərbaycan Türkünün haqlı mübarizəsində bütün imkanlarımızla yanlarındayıq”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş