Türkiyənin təhlükəsizlik qüvvələri daşınan sursat təchizat sistemləri əldə edib – VİDEO

Türkiyənin təhlükəsizlik qüvvələri daşınan sursat təchizat sistemləri əldə edib – VİDEO

Türkiyənin müdafiə sənayesi tərfindən istehsal edilən DM-5 və DM-7 daşınan sursat təchizat sistemləri sifarişçiyə çatdırılıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Midafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında deyib.

SSB sədri bildirib ki, DM-5 və DM-7 daşınan sursat təchizat sistemləri Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına verilib.

5.56 və 7.62 mm-lik patronlar istifadə edən pulemyotlar üçün hazırlanan daşınan sursat təchizat sistemi fasiləsiz atış imakanı təmin edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş