Türkiyə 100 ədəd F-35 döyüş təyyarəsi alacaq

Türkiyə Müştərək Hücum Təyyarəsi (JSF) proqramı çərçivəsində 100 ədəd F-35 döyüş təyyarəsi satın alaacaq. “AzeriDefence”nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bildirib.

Ümumilikdə satın alınacaq təyyarələrin məcmu dəyəri 16 mlrd. ABŞ dolları təşkil edəcək. Proqram üzrə ilk F-35 Türkiyəyə 2015-ci ildə çatdırılacaq. Artıq ilk təyyarələr üçün Türkiyə ABŞ-a 315 mln. dollar ödəyib.

Nazir F-35-lərə bəzi proqramların, silah və sursatların müstəqil inteqrasiyası üçün ABŞ-la müzakirələrin bəlli bir mərhələyə yetişdiyini də vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş