Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçiriləcək

Gələn həftə Ankarada – Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin iştirakı ilə “Qafqaz Qartalı-2012” təlimi keçiriləcək. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən məlumat verib.

Noyabrın 26-da başlayacaq və dekabrın 2-dək davam edəcək təlimə hər üç ölkədən xüsusi təyinatlı qüvvələrin nümayəndələri qatılacaq. Hər bir ölkədən təlimdə bir xüsusi təyinatlı qrupun iştirakı planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş