Türkiyə Azərbaycana satdığı silahları açıqladı – 1310 tapança, 100 ədəd snayper tüfəngi

Türkiyə 2013-cü ildə Azərbaycana yüngül atıcı silahlardan tapança və snayper tüfənglərinin satışını reallaşdırıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda qeyd olunub.

Türkiyə hökumətinin açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycana 100 ədəd JNG-90 “Bora -12” snayper tüfəngi və 1310 ədəd tapança satılıb.

Ağır silahlardan isə 3 ədəd 122 mm çaplı T-122 “Sakarya” reaktiv atəş sistemi və onlar üçün 1000 ədəd TR-122 raketin Azərbaycana satışı reallaşıb.

Qeyd edək ki, Türkiyə 2013-cü ildə 28 ölkəyə 72 139 ədəd tapança ixrac edib. Türkiyənin ixracında ilk yeri 43 008 tapança ilə ABŞ tutub. İlk üçlükdə sonrakı yerdə Pakistan (10 886 ədəd) və Liviya (4504 ədəd) qərarlaşıb.

KATEQORIYA:
Bu xəbəri paylaş