Türkiyə bu ay “Super Cobra”larına qovuşur

ABŞ-dan satın alınmış 3 ədəd AH-1W “Super Cobra” helikopteri bu ay Türkiyəyə gətiriləcək. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

ABŞ Konqresinin razılıq verdiyi alqı-satqı müqaviləsinin dəyəri 111 mln. ABŞ dolları təşkil edir.

Qeyd edək ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarında 6 ədəd AH-1W “Super Cobra” helikopteri mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş