Türkiyə Dəniz Qüvvələri yeni gəmi və katerlər alacaq

Türkiyə Hərbi Dəniz Qüvvələri üçün yerli tərsanələrdə yeni layihələrə başlanacaq. Bu barədə “AzeriDefence” Türkiyə Müdafiə Sənayesi Katibliyinin saytına istinadən məlumat verib.

Müdafiə Sənayesi İcra Komitəsinin mayın 6-da keçirilmiş iclasında bu layihələrin bəzilərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. komitənin qərarına əsasən Hərbi Dəniz Qüvvələri Komandanlığının logistik dəstək gəmisi layihəsi çərçivəsində “Selah Makine ve Gemicilik Endüstri Ticaret A.Ş.”, yeni sualtı hücum qruplarının nəqli kateri layihəsi çərçivəsində “ARES Shipyard”, “Milgem” layihəsi üzrə üçüncü və dördüncü gəminin əsas təhrik sisteminin tədarükü üçün STM şirkəti ilə görüşmələrin başlanılması qərara alınıb.

“ARES Shipyard” şirkəti tərəfindən SAT xüsusi təyinatlıları üçün 2 ədəd kater inşa olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş