Türkiyə F-16-ları İŞİD-in mövqelərini bombaladı
Türkiyə Hava Qüvvələri İŞİD terror təşkilatının Suriyadakı hədəflərini bombalayıb.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə Hökuməti açıqlama yayıb.
Məlumatda qeyd olunub ki, saat 03:12-də Diyarbəkirdəki 8-ci aviasiya bazasından qalxan 3 ədəd F-16 təyyarəsi saat 03:40-03:53 arasında icra edilən hava əməliyyatı ilə İŞİD terror təşkilatına aid 3 hədəfi vurub.
“Daha öncədən müəyyən edilən 2 qərargah və 1 toplanma nöqtəsinə 4 idarəolunan bomba atılıb. Təyyarələrimiz saat 04:24-də bazaya qayıdıblar”, – deyə açıqlamada bildirilir.
Hökumət bəyan edib ki, Türkiyə dövləti milli təhlükəsizliyini qorumaq üçün gərəkli tədbirləri almağa qərarlıdır.
KATEQORIYA: Aerospace