Türkiyə Gerçək Zamanlı Əməliyyat sisteminə sahib oldu

Türkiyənin TÜBİTAK mərkəzi müdafiə sektorundakı bütün sistemlərdə istifadə edilən Gerçək Zamanlı Əməliyyat sistemi (GİS) hazırlayıb. “AzeriDefence”nin TÜBİTAK şirkətinə istinadən verdiyi məlumata görə, tamamilə milli imkanlar hesabına hazırlanan bu sistem hazırda dünyada 12 ədəddir. GİS pilotsuz uçuş aparatları, helikopter və təyyarələrdə istifadə edilən kritik texnologiyaların yaradılması, eləcə də xaricdən müdaxilə ehtimalını tamamilə ortadan qaldırır.

TÜBİTAK BİLGEM İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Koray İnçkinin sözlərinə görə, bunlar basdırılmış sistemlər adlanan proqramlardır: “Bu sistemlər milli olmadıqca sızmalara və müdaxilələrə qarşı özünüzü tam olaraq etibarda hiss etməniz mümkün deyil. Artıq milli bir əməliyyat sistemi istifadə edərək kritik məlumatların xaricə çıxmasının qarşısı alınacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş