Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə texniki yardım göstərib

Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə texniki yardım göstərib. Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Məlumatda Türkiyə tərəfindən Gürcüstan Silahlı Qüvvələrinə xilasetmə əməliyyatları üçün xüsusi təchiz edilmiş 2 ədəd Land Rover tipli nəqliyyat vasitəsi və 1 ədəd yanğınsöndürmə maşınının bağışlandığı qeyd olunub.

Yardımlar hərbi tədbirlə Gürcüstan tərəfinə təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş