Türkiyə Gürcüstan Ordusuna 700 min dollar dəyərində avadanlıq bağışladı

Türkiyə Gürcüstan Silahlı Qüvvələrinə və sərhəd polisinə 700 min ABŞ dolları dəyərində təmənnasız texniki yardım göstərib.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Yardımın Gürcüstan Ordusuna ötürülməsi Orxevidəki hərbi bazada baş tutub.

Yardım iki ölkə arasında 2004 və 2007-ci illərdə imzalanmış hərbi əməkdaşlıq müqavilələri əsasında həyata keçirilib.

Türkiyənin yardımında generatorlar, rabitə vasitələri, optic cihazlar və s. olmaqla 143 adda məhsul yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş