Türkiyə Hava Qüvvələrinin komandanı Bakıya gəlib – FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvələri komandanı, aviasiya ordu generalı Akın Öztürkün başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.“AzeriDefence”nin məlumatlna görə, bu gün Türkiyə HHQ-nin komandanı Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Martın 7-dək davam edəcək səfər çərçivəsində ordu generalı A. Öztürk müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ilə görüşəcək. Həmçinin Azərbaycan HHQ-nin bazasına səfər edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş