Türkiyə Hava Qüvvələrinin strukturunda dəyişiklik edilib

Türkiyə Hava Qüvvələrinin strukturunda dəyişiklik edilib. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Hava Qüvvələri komandanlığının əsas döyüş təyyarələrini bir komandanlıq altında birləşdirən Hücum Hava Qüvvələri və Hava Raket Müdafiə Komandanlığı avqustun 5-də Əskişəhərdə təsis edilib.

Yeni komandanlığa Diyarbəkirdə yerləşən və hava əməliyyatlarını bir mərkəzdən idarə edəcək Komandan Yardımçılığı və Birləşmiş Hava Əməliyyat Mərkəzləri Komandanlığı və Əskişəhərdə yerləşən, tərkibindəki quru və dəniz koordinasiyalı birliklər ilə hava və raketdən müdafiəni bir mərkəzdən idarə edən Hava Hücumundan Müdafiə Komandanlığı daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş