Türkiyə HHQ-nin zabiti: “Azərbaycanın hərbi pilotları yüksək səviyyədə təchiz olunublar”

“Türkiyə ilə Azərbaycanın Hərbi Hava Qüvvələrinin birgə təlimləri sayəsində hər iki ölkə döyüş qabilyyətini artırır”. Bunu “AzeriDefence”yə açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin “TurAz-2015” çərçivəsində Azərbaycanda keçirilən təlimlərin Yevlax aerodromundakı qrupunun rəhbəri, birliklərin yerdəyişmə komandiri, polkovnik-leytenant Gürkan Çoştur deyib.

G. Çoştur bildirib ki, “TurAz-2015” Türkiyə ilə Azərbaycan hərbi hava qüvvələri arasında təlim-tədris məqsədi daşıyıyır.

“Təlimlərin məqsədi Türkiyə ilə Azərbaycan Hərbi Hava Qüvvələrini bir-birini tanıması, birgə döyüş tapşırıqlarının yerinə yetirilməsi, təcrübə mübadiləsi aparmaq və təlimatları birgə icra etməkdir. Bu təlimə Türkiyədən 6 ədəd F-16, 3 ədəd F-4 və 1 ədəd AS 532 helikopteri cəlb olunub. Azərbaycandan isə bu təlimə 4 ədəd MiQ-29, 4 ədəd Su-25 və Mi-17 helikopterləri qatılıb”, – deyə o, bildirib.

Aviasiya vasitələri ilə yanaşı, təlimlərdə Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri də iştirak edir.

Müşahidələrini bölüşən türkiyəli zabit deyib ki, təlimlər qarşılıqlı əməkdaşlıq şəraitində keçirilir: “Azərbaycan pilotlarını öz hərbi məktəblərində yetişdirir. Bu çox vacib bir məqamdır. Təlim zamanı gördüklərim bunu deməyə əsas verir ki, Azərbaycanın hərbi pilotları öz silah və texnikalarını daha mükəmməl bilir və yüksək səviyyədə təchiz olunublar. Türkiyə pilotlarının da öz texnologiyalarımıza əsasən peşəkarlığı yüksəkdir. Biz hazırda hər iki ölkədə təlimlər həyata keçirməklə döyüş bacarığımızı artırmağa çalışırıq. Gördüklərimə görə, hər iki ölkənin pilotları döyüşə hazırdırlar. Çünki daim bu prosesin içindədirlər”.

G. Çoştur qarşıda duran vəzifələr haqda da vəzifələr haqda da danışıb: “Hər təlimdə işimizi daha mürəkkəbləşdiririk. Bir il əvvəl Azərbaycana 6 təyyarə ilə gəlmişdik. Bu il isə Türkiyədən 6 ədəd F-16, 3 ədəd F-4 və 1 ədəd AS 532 helikopteri cəlb olunub. 2015-ci ilin martında MiQ-29, Su-25 təyyarələri və MiQ-17-lər Türkiyədəki təlimlərə qatıldılar. Hər təlimdə tapşırıqları daha da çətinləşdirərək, əməkdaşlıq şəraitində bu prosesi davam etdirəcəyik”.

KATEQORIYA:
Bu xəbəri paylaş