Türkiyə Hərbi Hava Qüvvələri komandanı sabah Azərbaycana gəlir

Türkiyə Hərbi Hava Qüvvələri komandanı, aviasiya ordu generalı Akın Öztürkün başçılıq etdiyi nümayəndə heyəti sabah Azərbaycana gəlir.“AzeriDefence”nin hərbi mənbələrdən aldığı məlumata görə, səfər martın 7-dək davam edəcək.

Səfər çərçivəsində Türkiyə HHQ-nin komandanı Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. General A. Öztürk müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ilə görüşəcək. Həmçinin Azərbaycan HHQ-nin bazasına səfər edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş