Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gələcək – EKSKLÜZİV

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya ordu generalı Akın Öztürkün Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Hərbi mənbələrdən eksklüziv olaraq “AzeriDefence”yə verilən məlumata görə, səfər mart ayının əvvəllərinə planlaşdırılır.

Türkiyə HHQ komandanı Azərbaycan Müdafiə Nazirliyində görüşlər keçirəcək, həmçinin Azərbaycan HHQ-nin bazasına tanışlıq səfəri edəcək.

Qeyd edək ki, general A. Öztürk 2013-cü ildən Türkiyə HHQ-nin komandanıdır. O, 41 illik pilotluğu dövründə F-16, F-4, F-100, T-33, T-34, T-37, T-38 və CN-235 təyyarələrində 5500 saatdan artıq uçuş yerinə yetirib.

KATEQORIYA:
Bu xəbəri paylaş