Türkiyə hərbi məktəblərinin azərbaycanlı məzunları – FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin ali hərbi təhsil müəssisələrinin məzun buraxılışı keçirilib. “AzeriDefence”nin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, zabit rütbəsi alan məzunlar arasında azərbaycanlılar da var.

Azərbaycanlı kursantlardan bir neçəsi hərbi məktəbi fərqlənmə ilə bitirib.

Hazırda Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Məktəbi, Dəniz Hərb Məktəbi, Hərbi Aviasiya Məktəbi, Gülhanə Tibb Akademiyası, Jandarma Məktəbi və Hərbi Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin kursantları təhsil alırlar.

KATEQORIYA:
Bu xəbəri paylaş