Türkiyə hərbi şirkətlərinin 2011-ci ildə Azərbaycana ixracatı 10,4% artıb

Türkiyə hərbi şirkətləri 2011-ci ildə 414,8 mln. ABŞ dolları dəyərində ixracat həyata keçirib. “AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi İxracatçıları Birliyinin hesabatında qeyd olunub.

Ötən ilk Türkiyə müdafiə sənayesinin ixracatında ən böyük paya Səudiyyə Ərəbistanı mailk olub. Bu ölkəyə türk firmalarının ixracı 162,8% artaraq 108 275 969,22 lirə təşkil edib.

Türk müdafiə firmalarının Səudiyyə Ərəbistanından sonar ən çox ixracat həyata keçirdiyi 10 ölkənin siyahısına Birləşmiş Ərəb Əmrlikləri, ABŞ, Bəhreyn, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Pakistan, Livan və İtaliya daxil olub.

Türk müdafiə sənayesi 2010-cu ildə ixracat siyahısında olmuş 15 ölkə və sərbəst bölgəyə 2011-ci ildə heç bir ixracat reallaşdıra bilmyib.

Məlumata görə, 2011-ci ilin ixracatında əsas yeri zirehli nəqliyyat vasitəsiləri, tank və digər zirehli nəqliyyat vasitəsiləriüçün detallar, müxtəlif çaplı döyüş sursatları, yivsiz silahlar, raket buraxılış qurğuları, qumbaraatanlar, ov tüfəngləri, revolver və tapançalar tutub.

Ötən il Türk hərbi firmalarının Azərbaycana ixracatı 10,4% artaraq 14 114 494.2 ABŞ dolları (24 767 299,3 lirə), Türkmənistana ixracatı 7 901 255.2 dollar (13 864 666,55 lirə), Qazaxıstana ixracatı isə 6 155 748.6 dollar (10 801 975,6 lirə) təşkil edib.

KATEQORIYA:
Bu xəbəri paylaş