Türkiyə hərbi sənayesi İDEX-2013 “çıxarmasına” hazırlaşır

2013-cü il fevralın 17-dən 21-dək Abu Dabi Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək IDEX-2013 beynəlxalq müdafiə sərgisində Türkiyədən Müdafiə Sənayesi Katibliyi (SSM) daxil olmaqla 43 firma və təşkilat iştirak edəcək. Bu barədə “AzeriDefence” İDEX-2013 sərgisinin təşkilatçılarına istinadən məlumat verib.

İDEX-2013 sərgisində Türkiyə milli pavilyonunda bu firmalar təmsil olunacaqlar: ARES Shipyard, ASELSAN, Atel Telecomunikasyon, Ayyazılım, BITES, Ekin Teknoloji, Elektroland, Eratas, ETC-IS A.S., Figes, FNSS, GATE Elektronik, HAVELSAN, Istanbul Denizcilik, Makel, METEKSAN Savunma, METU Technopolis – METUTECH, MILSOFT, MKEK, MSI Magazine, Omni International, OSSA, Otokar, OZTIRYAKILER, RMK Marine, ROKETSAN, SADAT International Defense Consultancy, SARSILMAZ, STM, TAI, TEI, TEKSAV, TEM Kablo, TISAS, Yakupoglu, Yaltes, Yonca-Onuk, Yuksel Savunma Sistemleri.

Qeyd edək ki, Ərəb region bazarında öz yerini ilbəil möhkəmləndirən Türkiyəyə məxsus müdafiə firmaları son illər bu bölgədə ən çox seçim edilənlər sırasında yer alırlar. FNSS, Otokar, ASELSAN, MKEK, Roketsan və TAİ kimi nəhəng firmalarla yanaşı son iki ildə Türkiyənin müdafiə sənayesində fəaliyyət göstərən çox sayda firma region ölkələrindən əhəmiyyətli işlər almağa nail olublar. Bu kontekstdə ARES Shipyard, Yonca Onuk, BİTES, Ekin Teknoloji, Kale-Baykar, Meteksan, Sarsılmaz, TİSAŞ, Yakupoğlu və s. kimi firmaları da uğurlu iş quranlar sırasında göstərmək olar.

Türkiyə Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin açıqladığı məlumata görə, 2012-ci ilin 10 ayında (yanvar-oktyabr) Türkiyənin müdafiə təyinatlı məhsullar ixracatında ilk onluqda yer alan ölkələrdən 4-ü ərəb ölkələridir. Belə ki, qeyd olunan dövrdə Türkiyənin müdafiə sənayesində fəaliyyət göstərən firmaları Səudiyyə Ərəbistanına 84 mln. ABŞ dolları (ikinci sıra), BƏƏ-yə 76 mln. ABŞ dolları (üçüncü sıra), Bəhreynə 50 mln. ABŞ dolları (dördüncü sıra), İraqa isə 31 mln. ABŞ dolları (yeddinci sıra) məbləğində ixracat reallaşdırıb.

Sərgidə BƏƏ 117, ABŞ 115, İngiltərə 71, Fransa 60, Almaniya 58, Rusiya 35, Çin 33, CAR 30, İsveçrə 27, Çexiya 25, İtaliya 22 firma ilə təmsil olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş