Türkiyə ilk döyüş təyyarəsini 2023-cü ilə hazır etmək niyyətindədir

Türkiyənin JSF F-35 proqramında iştirakından yerli aviasiya sənayesi 8 milyard ABŞ dolları dəyərində iş payı əldə edib. “AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar bildirib.

F-35 layihəsində gərgin rəqabətin getdiyini deyən M. Bayarın sözlərinə görə, türk şirkətləri konsorsiumda iştirak edən 9 ölkənin şirkətləri ilə rəqabət apararaq bu işləri alır.

“Bizdəki işçi qüvvəsi, keyfiyyət, maliyyə avantajları, şirkətlərin peşəkarlığa sahib olmaları aviasiya sektorunda Türk şirkətlərinə fürsətlər yaradır”, – deyə M. Bayar vurğulayıb.

Türkiyənin milli döyüş təyyarəsini hazırlamaq niyyətində olduğunu söyləyən müdafiə sənayesi katibi artıq bu sahədə ilkin anlayışların hazırlandığını vurğulayıb.

“İki illik çalışmalar, bir il sonra isə layihə təklifimiz olacaq. Hədəfimiz 2023-cü ilə qədər ilk uçuşları həyata keçirmək və istehsala başlamaqdır”, -deyə Bayar əlavə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş