Türkiyə ilk sürətli amfibiya-desant gəmisinə qovuşur

Anadolu Tərsanəsi (ADİK) tərəfindən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün tikilmiş amfibiya tipli desant gəmilərindən ilki sabah sifarişçiyə təhvil veriləcək. Bu barədə “AzeriDefence” “Anadolu” agentliyinə istinadən məlumat verib.

Tuzlada yerləşən tərsanənin müdafiə qrupunu8n koordinatoru Mətin Poyrazların verdiyi məlumata görə, şirkət Dəniz Qüvvələri üçün 8 ədəd sürətli amfibiya-desant gəmisi inşa edəcək. Müqavilə üzrə gəmilərin tikintisi 36 ayda tamamlanmalıdır.

“Gəmimiz 80 metr uzunluqda və 11 metr genişliyindədir. Biz İkinci Dünya Savaşından sonra ən sürətli desant gəmisini istehsal etdik. Dolu yüklə gəminin sürəti 18,5 mildir. Hazırda dünyada bu qədər sürətli bir gəmi yoxdur. Gəmi tamamilə yerli dizayndır. Daşıma tutumu digər gəmilərə nisbətdə çox yüksəkdir”- deyə Poyrazlar vurğulayıb.

Desant gəmisinin 75%-i yerli istehsaldır. Yalnız əsas mühərrik və bir neçə avadanlıq xaricdən alınıb.

Poyrazlar qalan 7 gəmini 3 aylıq periodlarla tamamlanıb təhvil veriləcəyini bildirib.

Korpusu poladdan tikilmiş gəminin gözlənən xidmət müddəti 30 ildir. Gəmi 2 ədəd MTU 16V4000 M70 dizeli mühərriki ilə təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş