Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı Azərbaycana gəlib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı general-leytenant Burhanettin Aktının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş