Türkiyə Müdafiə Nazirliyi: Suriya ilə sərhədin minalardan təmizlənməsi üçün tenderə 20 iş ortaqlığını buraxılacaq

Türkiyə Suriya ilə sərhədin minalardan təmizlənməsi layihəsi üzrə tenderin növbəti mərhələsinə başlayıb. Bu barədə “AzeriDefence” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Nazirlikdən bildirilib ki, tenderə qatılmaq istəyən iş ortaqlıqları (konsorsiumlar) tərəfindən təqdim edilən təqdimatlar, iqtisadi, maliyyə əsaslandırmaları, şirkətlərin bu sahədə təcrübəsinə dair qiymətləndirmələr tamamlanıb. Qiymətləndirmələr nəticəsində tenderə 20 iş ortaqlığının buraxılması qərara alınıb.

«Bununla bağlı zəruri məlumatlar seçilmiş İş Ortaqlıqlarına bildiriləcək»,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, layihə çərçivəsində 1950-ci illərdə minalanmış 911 km-lik Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi nəzərdə tutulur. Minalı sahələr ərazi şəraitinə görə 140, 124, 110, 156, 101 və 280 km olmaqla altı bölgəyə ayrılıb və ümumi sahəsi 212 milyon kvadratmetrdir

KATEQORIYA:
Bu xəbəri paylaş