Türkiyə Müdafiə Sənayesi Katibliyinə yeni rəhbər təryin olundu

Türkiyə Müdafiə Sənayesi Katibliyinə (SSM) yeni rəhbər təyin olunub. Bu barədə “AzeriDefence” Türkiyənin “Resmi Gazete”sinə istinadən məlumat verib.Bu gündən edtibarən SSM-ə Türk Hava Yolları Teknik A.Ş. şirkətinin baş direktoru professor, doktor İsmayıl Dəmir rəhbərlik edəcək.

İ. Dəmir 1960-cı ildə Elazığda anadan olub. Türkiyə və ABŞ-da ali təhsil alıb və 1992-ci ildən 2003-cü ilədək Səudiyyə Ərəbistanı, ABŞ və Kanadanın müxtəlif universitetləri və araşdırma qurumlarında çalışıb.

KATEQORIYA:
Bu xəbəri paylaş